AZ

Masazırda ağır qəza: Sərnişin belə xilas edildi - Video

Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən VAZ-2106 və "Şevrolet" markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi müəyyən olunub. Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə deformasiyaya uğramış VAZ-da sıxılı vəziyyətdə qalan sərnişin - 2000-ci il təvəllüdlü Əşrəf Mahir oğlu Nəcəfovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Seçilən
31
20
buta.tv

10Mənbələr