AZ

Masazırdakı qəza zamanı maşında sıxılı qalan gənc belə xilas edildi -VİDEO

Abşeron rayonu, Masazır qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

 

Senzor.az bildirir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ 2106” və “Chevrolet” markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və “VAZ 2106”  markalı minik avtomobilinin sərnişininin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

 

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin - 26 yaşlı Nəcəfov Əşrəf Mahir oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Seçilən
6
20
senzor.az

10Mənbələr