Ermənilər Azərbaycanda guya “tarixi abidələrinin dağıdılması”ətrafında yaratdıqları yalançı təbliğatdan sonra indoi də Xəzərin o tayındakı müsəlman şəhərini- Dərbəndi hədəfə gətiriblər.
Musavat.com xəbər verir ki, söhbət Müqəddəs Xilaskar kilsəsindən gedir.
Qeyd edək ki, Erməni Apastol Kilsəsi Rusiyanın cənubundakı bu kilsəni “erməni irsinin ən parlaq nümunələrindən biri” hesab edirlər. Halbuki bu kilsənin tarixi XIX əsrə aiddir. Kilsə qraf Mixail Loris-Melikovun şəxsi təşəbbüsü ilə inşa edilib.

Ermənilər guya Dərbənndə daha qədimdə gəldiklərini iddia etsələr də, onların bu diyardakı mövcudluğunun tarixi 1723-cü ildə imperator I Pyotr tərəfindən verilmiş fərmanla başlayıb. Məhz Pyotr ermənilərin Xəzəryanı bölgələrdə, o cümlədən Dərbənddə məskunlaşmasına şərait yaratmışdı.
Ermənilərin Müqəddəs Xilaskar kilsəsi uzun illərdir ki, “Xalça və dekorativ sənət muzeyi” kimi fəaliyyət göstərir. Görünür, yerli hökumət ermınilərin kilsəyə getmədiklərindən belə qərar verib. İnfi isə ermənilər “qəfil ayılıb”, kilsənin erməni icmasının nəzarətinə qaytarılması üçün hay-küyü yaradıblar.
“İcma nümayəndələri hesab edir ki, bu məbəd onların dini həyatının ayrılmaz hissəsidir və burada ibadət etmək onların təbii hüququdur. Onlar kilsədə yenidən dini mərasimlərin keçirilməsini, xaç suyuna salma, dəfn və digər ayinlərin icrasını istəyirlər”- bu barədə isə yekramos.org saytı yazıb.
Bildirilir ki, Rusiya qanunvericiliyinə görə, dini təyinatlı əmlakın dini qurumlara qaytarılmasını nəzərdə tutan xüsusi qanun mövcuddur. Lakin praktikada kilsənin geri qaytarılması prosesi illərdir uzanır. Məsələ müxtəlif instansiyalarda müzakirə olunsa da, konkret nəticə əldə olunmur.
Yerli hökumət o rəydədir ki, ermıni icmasının maliyyə imkanları kilsıəni saxlamaq üçün kifayət deyil. Həmçinin muzey eksponatlarının köçürülməsi məsələsi də problem kimi göstərilir. Ermənilər isə Eçmiədzinin təzyiqi ilə bu arqumentləri əsassız sayır və hesab edir ki, məsələ qəsdən uzadılır.
Bəziləri kilsənin həm muzey, həm də ibadət yeri kimi istifadə olunmasını təklif edir. Lakin bu ideya dini baxımdan qəbuledilməz hesab olunur. İbadət mühiti ilə turistik və kommersiya fəaliyyəti bir araya sığmır. O da bildirilir ki, bu məsələ Rusiya Vətəndaş Palatası "Hüquq. Din. Dövlət" forumunda gündəmə gətirilib. Kilsə binasının Dərbənd ermənilərinin qaytarılması üçün lazımı sənədlər Rusiya Prezident Administrasiyasına təqdim ediləcək.
Musavat.com