AZ

Qarabağın işğalına görə ev hədiyyə olunan erməni zabitləri ŞOKA SALAN QƏRAR

İşğal zamanı Qarabağ ərazisində qanunsuz silahlı qruplaşmaların tərkibində xidmət etmiş və bir vaxtlar Ermənistanda pulsuz əmlak əldə etmiş bütün yüksəkrütbəli hərbi qulluqçular yaşayış yerlərini boşaltmaları barədə bildiriş alıblar.

Turkustan.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, vəkil Roman Yeritsyanın bildirib ki, söhbət onlarla hərbçidən gedir.

Belə ki, vəkilin hüquqlarını müdafiə etdiyi Qarik Safaryan, Armen Kaqramanyan, Feliks Qabrielyan və Vladik Xaçatryan bununla bağlı bildirişlər alıb.

Bildirişdə hər hansı əsas göstərilməyib, yalnız yaşayış yerinin hərbçilərə qanun pozuntuları ilə təqdim edildiyi yazılıb. Lakin pozuntuların nədən ibarət olduğu göstərilməyib. Yeritsyan müvəkkillərinin işi ilə bağlı məhkəməyə müraciət edib və qərar gözləyir./"Yeni Sabah"

Seçilən
16
50
turkustan.az

10Mənbələr