AZ

Paşinyan: Sinələrində xaç olanların ardınca getsəydik, Ermənistanın yarısını itirərdik

ain.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Əgər biz 2024-cü ildə təzyiqə təslim olub fərqli bir yol seçsəydik, bu gün İcevanın ən azı yarısını itirərdik.

Ölkə.az xəbər verir ki, bunu  Ermənistanın Baş naziri Nikol Paşinyan arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi "Müqəddəs mübarizə" hərəkatı ilə bağlı mövqeyini açıqlayarkən deyib.

"Sinələrində xaçla etdikləri şey Ermənistan dövlətinə qarşı sui-qəsd idi. Və bu gün xaçlı insanlar sui-qəsdlər təşkil edirlər. Əgər xalqımız bu insanların ardınca xaçlarla getsəydi, bu gün sərhəd ən yaxşı halda İcevanın ortasından (Azərbaycanla sərhəd nəzərdə tutulur-red) keçərdi", - Paşinyan qeyd edib.

O əlavə edib ki, bu gün İcevan azaddır, bu gün İcevan çiçəklənir. “Bu gün Qandzakarda, Kirantsda məktəb var, Kirants uşaqları təhlükəsizlikləri üçün heç bir qorxu olmadan yaşayırlar. Deyirlər: zamin kimdir? Mən zaminəm", - Paşinyan bildirib.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
50
olke.az

10Mənbələr