AZ

Yuxarı Qarabağ kanalından qadın meyiti tapılıb

Yuxarı Qarabağ kanalından meyit tapılıb.

Azreform.info xəbər verir ki, kanalın Ağcabədi rayonu Təzəkənd kəndi ərazisindən keçən hissəsində qadın meyiti aşkarlanıb.

Meyitin Tərtər rayonunun Köçərli kənd sakini, 1986-cı il təvəllüdlü Əfsanə Məzahir qızı Rüstəmova olduğu müəyyən edilib. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.

Seçilən
14
24
azreform.info

10Mənbələr