AZ

Ağcabədidə kanaldan qadın meyiti tapıldı

Yuxarı Qarabağ kanalının Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisindən keçən hissəsində qadın meyiti aşkarlanıb.

 

Senzor.az bildirir ki, mərhumun Tərtər rayonunun Köçərli kənd sakini, 1986-cı il təvəllüdlü Əfsanə Məzahir qızı Rüstəmova olduğu müəyyən edilib. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.

Seçilən
0
24
senzor.az

10Mənbələr