AZ

Ağcabədidə kanaldan 40 yaşlı qadın meyiti tapıldı

Yuxarı Qarabağ kanalından meyit tapılıb.

Kanalın Ağcabədi rayonu, Təzəkənd kəndi ərazisindən keçən hissəsində qadın meyiti aşkarlanıb.

Meyitin Tərtər rayonunun Köçərli kənd sakini, 1986-cı il təvəllüdlü Əfsanə Məzahir qızı Rüstəmova olduğu müəyyən edilib. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır. (Report)

Seçilən
21
24
musavat.com

10Mənbələr