AZ

Entoni Qordon “Barselona”ya keçidi və Flik haqda danışdı – ARENA.AZ

İngiltərənin “Nyukasl” klubunu İspaniya nəhəngi “Barselona”ya dəyişmiş ingiltərəli sol vinger Entoni Qordon bu keçidini şərh edib.

Arena.az xəbər verir ki, cinah hücumçusu Kataloniya klubunda olmaqdan böyük məmnunluq duyduğunu bildirib:

“Burada olmağıma çox xoşbəxtəm və qürurluyam. Bu, gerçəkləşmiş xəyalımdır”, deyə Qordon vurğulayıb.

İngiltərəli futbolçu “blauqrana”nın baş məşqçisi, alman mütəxəssis Hansi Flik haqda da söhbət açıb:

“Flik mənə, komanda ilə necə çalışmağı bilən xoş insan olaraq göründü. O, klubla böyük nailiyyətlər qazanıb”, deyə Qordon yeni baş məşqçisi haqda bildirib.

Xatırladaq ki, 25 yaşlı cinah hücumçusu yeni klubu ilə 5 illik (2031-ci ilin 30 iyununadək) müqaviləyə imza atıb. “Barsa”nın bu keçid üçün “Nyukasl”a 80 milyon avro təzminat ödəyib.

Qordon 2023-cü ilin yanvar ayında 45,6 milyon avro qarşılığında “Everton”dan “Nyukasl”a keçmişdi. O,“Nyukasl”ın heyətində 152 oyuna çıxıb, 39 qol və 28 məhsuldar ötürmə müəllifi olub.

“Liverpul”un yetirməsi olan Entoni Qordon “Everton” və “Preston” klublarının da şərəfini qoruyub.

İngiltərənin U-18, U-19, U-20 və U-21 yığmalarında da forma geyinmiş Qordon 2024-cü ilin mart ayında əsas millidə debüt edib. Qordon İngiltərə yığmasının heyətində 17 oyuna çıxıb, 2 qola imza atıb.

“Transfermarkt” internet-portalı 25 yaşlı futbolçunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin:
Seçilən
13
6
arena.az

10Mənbələr