AZ

Ona da ev verilib, Ağdama köçəcək

Ona da ev verilib, Ağdama köçəcək"Sənətin pik nöqtəsindəyəm. Ona görə də şanslıyam".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Tacir Şahmalıoğlu "Bir gün" verilişində deyib. O bildirib ki, ən böyük arzusu Ağdama köçməkdir:

"Amma həyatda şanslı deyiləm. Çünki atam, babam 1905-ci ildən Ağdama gəliblər. Dəfələrlə müharibədə olublar. 1988-ci ildən qaçqın düşdük, evimiz məhv oldu. Amma Prezident, şəhidlər və qazilər sayəsində Qarabağ qayıtdı. İndi itirdiyim Ağdam yoxdur, xarabalıq gördüm. İndi gözəlləşir. Biz də növbəti dəfələrdə köçəcəyik. Bizim də evimiz var. Bakıda evim var, Ağdamda yaşayacağam. Bu, arzumdur. Mənim arzum yurdumda yaşamaq, ağaclar əkməkdir. Ağdamda yaşamaq xoşbəxtlikdir, hər yar dağdır".

Seçilən
13
10
big.az

10Mənbələr