ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müğənni Tacir Şahmalıoğlu Bakıdan köçməyə hazırlaşır.
Milli.Az xəbər verir ki, sənətçi bu barədə özü "Bir gün" verilişində danışıb.
Sənətçi ən böyük arzusunu dilə gətirib:
"Sənətin pik nöqtəsindəyəm. Ona görə də şanslıyam. Amma həyatda şanslı deyiləm. Çünki atam, babam 1905-ci ildən Ağdama gəliblər. Dəfələrlə müharibədə olublar. 1988-ci ildən qaçqın düşdük, evimiz məhv oldu. Amma Prezident, şəhidlər və qazilər sayəsində Qarabağ qayıtdı. İndi itirdiyim Ağdam yoxdur, xarabalıq gördüm. İndi gözəlləşir. Biz də növbəti dəfələrdə köçəcəyik. Bizim də evimiz var. Bakıda evim var, Ağdamda yaşayacağam. Bu, arzumdur. Mənim arzum yurdumda yaşamaq, ağaclar əkməkdir. Ağdamda yaşamaq xoşbəxtlikdir, hər yar dağdır".
Milli.Az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.