AZ

Boksçularımız Dünya kubokuna Qazaxıstanda hazırlaşacaq

Kişi boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb. Ravşan Xocayevin baş məşqçisi olduğu komanda təlim-məşq toplanışını Çimkənddə davam etdirəcək.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 13 boksçunun cəlb olunduğu hazırlıq iyunun 12-də başa çatacaq. Toplanışda əsasən texniki-taktiki məşqlərə üstünlük veriləcək. Hazırlıq çərçivəsində sınaq döyüşləri də planlaşdırılır.

Qeyd edək ki, məşqlər Çində keçiriləcək Dünya kubokuna hazırlıq xarakteri daşıyır.

Qabil YUSİFOĞLU
XQ

Seçilən
1
5
xalqqazeti.az

10Mənbələr