AZ

Qaşek ukraynalılardan üzr istədi

Çexiya yığmasının sabiq qapıçısı, vaxtilə MHL klublarından “Çikaqo”, “Baffalo”, “Detroyt” və “Ottava”nın şərəfini qorumuş Dominik Qaşek bu liqanın açılış oyununda (Baffalo - Çikaqo) iştirak etdiyinə görə ukraynalılardan üzr istəyib:

“Açılış oyununda iştirakı özümün böyük səhvim sayıram. Buna görə bütün ukraynalılardan üzr istəyirəm. Həmçinin məni dəstəkləmiş və dəstəkləməyə davam edən fanatlardan, hərəkətimlə məyus etdiyim hər kəsdən üzr istəyirəm. Bu şəxsi fiaskoya bəraət qazandırmaq mənim üçün çox çətindi. Bunu aradan qaldırmaq üçün daha çox çalışacam. İndiki məqamda onu vəd edə bilərəm ki, bir daha belə hal təkrarlanmayacaq”.

Qaşek bir müddət əvvəl “Vaşinqton”un ulduzu Aleksandr Oveçkinin Rusiya prezidenti Vladimir Putinlə fotosuna da reaksiya vermişdi. 58 yaşlı sabiq hokkeyçu MHL rəhbərliyini Rusiya vətəndaşlarına bu liqada çıxış etməyə icazə verdiyinə görə dəfələrlə tənqid edib.
Seçilən
299
37
football-plus.az

10Mənbələr