AZ

Zukerberqi üzr istəməyə məbur etdilər

“Meta” korporasiyasının rəhbəri Mark Zukerberq sosial şəbəkələrin zərərli təsirlərindən əziyyət çəkən uşaqların ailələrindən üzr istəməyə məcbur olub.

Publika.az xəbər verir ki , canlı yayım ABŞ Senatının komitəsinin rəsmi saytında aparılıb.

“Bu gün qurbanların ailələri buraya toplaşıblar. Qurbanlardan üzr istəmisiniz? Bunu indi etmək istərdinizmi? Onlar buradadırlar, milli televiziya bunu yayımlayır, qurbanlardan üzr istəmək istərdinizmi?”, - deyə Senator Coş Houli Zukerberqdən soruşub.

Bu sözlərdən sonra Zukerberq üzünü valideynlərə tərəf çevirərək üzr istəyib. Yayım zamanı ailələrin çoxunun əllərində uşaqlarının şəkilləri olub.

“Hamınızın başınıza gələnlərə görə məyusam. Heç kim sizin ailələrinizin başına gələnləri yaşamalı deyil”, - deyə Zukerberq bildirib.

Seçilən
255
4
publika.az

10Mənbələr