AZ

Britni Castindən üzr istədi

Məşhur müğənni Britni Spirs keçmiş sevgilisi Castin Timberleyklə bağlı instaqram hesabında paylaşım edib.

 

Sfera.az xəbər verir ki, həmkarnı "Selfish" mahnısının uğuru münasibətilə təbrik edən Spirs "İçimdəki qadın" adlı kitabında onunla bağlı xatirələrinə yer verdiyi üçün üzr istəyib:

 

"Kitabımda yazdığım bəzi şeylərə görə üzr istəmək istəyirəm. Mənim üçün əziz olan birini incitmişəmsə, çox təəssüflənirəm. 

 

Onu da deyim ki, Castinin yeni mahnısından çox məmnunam".

 

Qeyd edək ki, cütlük 1999-2002-ci illərdə eşq yaşayıb. Britni ötən il çap olunan kitabında Castin Timberleykdən hamilə olduğunu etiraf etmişdi.  O, həmkarının buna hazır olmadığı üçün 19 yaşında abort etdirməli olduğunu bildirmişdi. (axsam.az)

Seçilən
337
4
sfera.az

10Mənbələr