AZ

Deputatdan suyun keyfiyyəti ilə bağlı AÇIQLAMA – “Bəzən sanki filtrdən keçirilmir” 

“7-ci mikrorayonda 10-a yaxın binanın kanalizasiya sisteminin yaxşılaşdırılması üçün işlərin görülməsinə ehtiyac var. Böyük bir mikrorayonun su təchizatı məsələsində problemlər qalmaqdadır”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında çıxışı zamanı millət vəkili Azay Quliyev səsləndirib. 

Deputat su keyfiyyətindəki problemlərdən də söz açıb: 

“Bakının bir sıra rayonlarında suyun keyfiyyəti aşağı səviyyədədir. Bəzən sanki su filtrdən keçirilmir. Düşünürəm ki, aidiyyəti qurumlar bu məsələyə ciddi yanaşmalı və problemlər həllini tapmalıdır”. 

Murad Əhmədov, Bizim.Media

Seçilən
441
7
bizim.media

10Mənbələr