Demokrat.az xəbər verir ki, bunu deputat Azay Quliyev parlamentdə “Su təchizatı və tullantı suları haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, Bakının mikrorayonlarında seçicilərlə görüşündə suyun keyfiyyətinin aşağı olmasından narazılıq edirlər. “Digər ciddi məsələ isə mikrorayonlarda suyun hələ də qrafiklə verilməsidir. Hesab edirəm ki, bu məsələlər ciddi yanaşmalı və aradan qaldırılmalıdır”, - deputat qeyd edib.
O, eyni zamanda 7-ci mikrorayonda kanalizasiya problemini gündəmə gətirib.
Deputat həmçinin istismara verilməyən binalarda yaşayan insanların hüquqlarının pozulmasına toxunaraq bildirib ki, həmin binalarda yaşayan vətəndaşların hüquqlarının müdafiəsi sual altındadır.
“İnsanlar illərdir, binada yaşayır, ancaq heç harada qeydiyyatda deyillər. Onların qeydiyyatı olmadığından seçkilərdə də iştirak edə bilmirlər. Bu məsələnin həllinə diqqət yetirmək laızmdır”, - o qeyd edib.
Deputat Hikmət Babaoğlu isə sudan istifadə zamanı israfçılığın qarşısının alınmasını təklif edib.
Deputat Aydın Hüseynov əhalinin keyfiyyətli su ilə təminat istiqamətində ciddi addımlar atılmasını, həmçinin Qaradağ rayonu ərazisində əhalinin su ilə təchizatında yaranan problemlərin aradan qaldırılmasını təklif edib.
Deputat Fəzail Ağamalı isə deyib ki, Azərbaycanda su ehtiyatı az olduğundan suya olan tələbatı ödəmək üçün ehtiyat su anbarları tikilməlidir. “Belə ki, çaylarda dənizə axan suları idarə etməklə buna nail olmaq olar”, - o bildirib.
10Mənbələr
-
yenisabah.azSuyun istifadəsi zamanı 50 faizə yaxını itkiyə gedir ( 4221892)
-
modern.azXXI əsrdə suyun qrafiklə verilməsi nə dərəcədə düzgündür? - Azay Quliyev ( 4221691)
-
modern.azGötürdüyümüz suyun istifadəsi zamanı 50 faizə yaxını itkiyə gedir ( 4219306)
-
hit.azSuyun qaynadılaraq içilməsi düzgündürmü? ( 4065807)
-
moderator.azAzay Quliyev: “Müvafiq qurumlar su ilə bağlı məsələlərə diqqət ayırmalıdır” ( 3881243)
-
demokrat.azDeputatlar suyun istifadəsi və keyfiyyətindən narazılıq etdilər ( 3880436)
-
ucnoqta.azDeputatlar suyun istifadəsi və keyfiyyətindən narazılıq etdilər ( 3879890)
-
olke.azDeputatlar suyun istifadəsi və keyfiyyətindən narazılıq etdilər ( 3878525)
-
anews.azBakının bəzi yerlərində suyun kefiyyəti çox aşağıdır- Azay Quliyev ( 3877853)
-
bizim.mediaDeputatdan suyun keyfiyyəti ilə bağlı AÇIQLAMA – “Bəzən sanki filtrdən keçirilmir” ( 3877697)