AZ

Bakının bəzi yerlərində suyun kefiyyəti çox aşağıdır- Azay Quliyev

Bakının bəzi yerlərində suyun kefiyyəti çox aşağıdır. Bunu deputat Azay Quliyev deyib. 


"Tullantı sularının axıdılmasına problemlər var. Deputat olduğum ərazidə 10-dan çox binanın kanalzasiya sisteminin yaxşılaşdırılmasına ehtiyac var. Büdəcədən bu istiqamətdə maliyyə ayrılmayıb. Böyük bir mikrarayonun su  problemləri hələ də qalır. Həm də Bakının bəzi rayonlarında suyun kefiyyəti çox aşağıdır. Filtrdən keçmir. Müvafiq qurumlar buna diqqət ayırmalıdır. Hətta 9 mikrarayonda bəzi yerlərdə  suyu qrafiklə verirlər”, - deputat fevralın 16-da Milli Məclisdə   "Su təchizatı və tullantı suları haqqında” qanunun müzakirəsi zamanı çıxışında bildirib.
 
Gülnar Nazimqızı

www.anews.az
Seçilən
410
7
anews.az

10Mənbələr