"Tullantı sularının axıdılmasına problemlər var. Deputat olduğum ərazidə 10-dan çox binanın kanalzasiya sisteminin yaxşılaşdırılmasına ehtiyac var. Büdəcədən bu istiqamətdə maliyyə ayrılmayıb. Böyük bir mikrarayonun su problemləri hələ də qalır. Həm də Bakının bəzi rayonlarında suyun kefiyyəti çox aşağıdır. Filtrdən keçmir. Müvafiq qurumlar buna diqqət ayırmalıdır. Hətta 9 mikrarayonda bəzi yerlərdə suyu qrafiklə verirlər”, - deputat fevralın 16-da Milli Məclisdə "Su təchizatı və tullantı suları haqqında” qanunun müzakirəsi zamanı çıxışında bildirib.
Gülnar Nazimqızı
www.anews.az