AZ

“Bayer”in futbolçusu “qol+ötürmə” sayında 50-yə çatdı

"Bayer"in futbolçusu Florian Virts Bundesliqada "qol+ötürmə" sistemi ilə xal sayını 50-yə çatdırıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, gənc yarımmüdafiəçi bu rəqəmə 20 yaş 296 günlüyündə nail olub.

O, "Mayns"la matçdakı (2:1) məhsuldar ötürmə ilə "100"ü yarılayıb. Bu, Bundesliqada 3-cü nəticədir. Ceydon Sanço 19 yaş 299 gün, Kay Haverts 20 yaş 270 günlüyündə bunu bacarıb.

Qeyd edək ki, "Bayer" Avropa Liqasının 1/8 finalında "Qarabağ"ın rəqibidir.
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
322
50
milli.az

10Mənbələr