“Qarabağ”ın qapıçısı Andrey Lunyev Avropa Liqasının 1/8 final mərhələsinin püşkatmasının nəticələri barədə danışıb.
Publika.az xəbər verir ki, "Matç TV"-yə açıqlama verən 32 yaşlı rusiyalı əlcək sahibi yenidən sabiq komandası “Bayer Leverkuzen” ilə üz-üzə gələcəklərindən məmnun olduğunu bildirib:
“Keçmiş komandamla matç əlavə emosiyalar yaradacaq. Onlarla oynayacağımız çox gözəldir. “Bayer” çox yaxşı komandadır, xüsusən indi. Çalışacağıq ki, qələbə qazanaq və yolumuza davam edək.