Bakı. Trend:
Bizi uzun səfər gözləyir. Amma biz 1/8 final mərhələsinisəbirsizliklə gözləyirik.
Trend İdman.biz-əistinadən xəbər verir ki, bunu Almaniyanın "Bayer” klubunun icraçıdirektoru Fernando Karro deyib.
59 yaşlı futbol funksioneri Avropa Liqasının 1/8 finalmərhələsinin püşkatmasına münasibət bildirib. O, qrup mərhələsindəolduğu kimi yenidən rəqib olduqları "Qarabağ”la qarşıdakı duellərətoxunub: “Bizim “Qarabağ” və onun rəsmi şəxsləri ilə çox yaxşı, sıxmünasibətlərimiz var. “Qarabağ” “Braqa”ya qarşı pley-offu yaxşıkeçirdi. Biz bu komandaya çox ciddi yanaşmalıyıq. Oyunlarımızahəmişəki kimi köklənməliyik”.
Qeyd edək ki, “Qarabağ”la “Bayer” arasında oyunlar martın 7-dəvə 14-də keçiriləcək.