Bakı, 3 aprel, AZƏRTAC
Aprelin 3-də səhər saatlarında Nəsimi rayonunun Rəşid Behbudov ilə 28 May küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, qəza nəticəsində kəsişmədə olan bir svetofor dirəyi yararsız vəziyyətə düşüb.
Hazırda İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları hadisə yerindədirlər və svetoforun qısa zamanda bərpa edilməsi məqsədilə işlər görülür.