AZ

Paytaxtın Nəsimi rayonunda yararsız vəziyyətə düşən işıqfor bərpa edilir

Paytaxtın

Bakı, 3 aprel, AZƏRTAC

Aprelin 3-də səhər saatlarında Nəsimi rayonunun Rəşid Behbudov ilə 28 May küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, qəza nəticəsində kəsişmədə olan bir işıqfor dirəyi yararsız vəziyyətə düşüb.

Hazırda İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları hadisə yerindədirlər və işıqforun qısa zamanda bərpa edilməsi məqsədilə işlər görülür.

Seçilən
60
9
azertag.az

10Mənbələr