AZ

Bakıda qəza: svetofor yararsız vəziyyətə düşdü

Aprelin 3-də səhər saatlarında Nəsimi rayonunun Rəşid Behbudov ilə 28 May küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin İntellektual İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumata görə, qəza nəticəsində kəsişmədə olan bir svetofor dirəyi yararsız vəziyyətə düşüb.

Hazırda İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları hadisə yerindədirlər və svetoforun qısa zamanda bərpa edilməsi məqsədilə işlər görülür.

Seçilən
53
9
publika.az

10Mənbələr