AZ

Dünya çempionatı: 2 güləşçimiz bürünc medal qazandı, 2-si finala yüksəldi

Azərbaycanın 2 sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən gənclər arasında dünya çempionatında finala yüksəlib.

Yenisabah.az xəbər verir ki, Zirəddin Bayramov (65 kq) və Əşrəf Aşırov (79 kq) öz çəki dərəcələrində bütün rəqiblərini məğlub ediblər.

Onlar oktyabrın 25-də müvafiq olaraq İbrahim İbrahimov (AİN) və Maqomed Maqomayevə (AİN) qarşı həlledici görüşə çıxacaqlar. Kənan Heybətov (70 kq) isə təsəlliverici görüşə qatılmaq hüququna yiyələnib. Bürünc medal qazanmaq şansını davam etdirən K.Heybətov oktyabrın 25-də tunisli Faruk Jelasi ilə qarşılaşacaq.

Ağır çəki dərəcələrində Azərbaycanı təmsil edən Abdulcəlil Şabanov (92 kq) və Vaxit Qalayev (125 kq) dünya çempionatının bürünc mükafatını qazanıblar. Onlar üçüncü yer uğrunda görüşdə müvafiq olaraq Andro Marqişvili (Gürcüstan) və Kumar Anirudan (Hindistan) güclü olublar.


Telegram kanalımız
Seçilən
527
8
yenisabah.az

10Mənbələr