Noyabrın 1-də İrəvan şəhərindəki “Marriott” otelində Qarabağda ləğv edilən qondarma rejimin keçmiş “rəhbəri” Samvel Şahramanyanın başçılığı ilə separatçıların qapalı toplantısı keçirilib.Müzakirələrə uydurma parlamentin Ermənistana qaçmış bəzi deputatları iştirak edib. Məzmunu açıqlanmayan görüşün Demokratik Birlik Partiyası adlı separatçı quruma sədrlik edən Suren Petrosyan tərəfindən təşkil edildiyi xəbər verilir.O, cinayətkar rejimin fəaliyyətini davam etdirməyə çağırıb. Bu günlərdə verdiyi açıqlamada Suren Petrosyan özünü buraxmış rejimin “Xarici İşlər Nazirliyi”nin və separatçıların Ermənistandakı nümayəndəliyinin fəaliyyətini dayandırmamağı təklif edib.Petrosyan ciddi bir fiqur, sayılan adam olmasa da, onun açılaması rejimin buraxılmasına imza atmış Şahramanyana təzyiqlərin göstərildiyini deməyə əsas verir. Şahramanyanın son günlər qondarma rejimin fəaliyyətini davam etdirəcəyinə dair verdiyi açıqlamalar da onun radikalların hücumları qarşısında geri çəkilməsi kimi qiymətləndirilə bilər. Halbuki 2024-cü il yanvarın 1-dən etibarən separatçı qurumun fəaliyyətinə tamamilə xitam verilməlidir. Lakin Şahramanyanın öz sözündən imtina etməsi vəzxiyyətin yenidən gərginləşməsinə və Azərbaycanla Ermənistan arasında sülh prosesinin pozulmasına təsir göstərə bilər. DİA.AZ-ı xəbərinə görə, politoloq Cümşüd Nuriyev Cebhe.info-ya açıqlamasında bildirib ki, separatçıların bu təxribatı Azərbaycan üçün təhlükə yaratmayacaq:“Bunlar Fransa, Rusiya, İranın siyasi “oyun”larıdır. Şahramanyanın bundan sonra fikrini dəyişib-dəyişməməsi heç bir əhəmiyyət kəst etmir. Tarix belə şeyləri sevmir. Olmayan qurumun buraxılması haqqıpnda qərar verilib və artıq bu sözü danmaq belə, heç nəyi dəyişməyəcək. Məqsəd Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqdır. Avropa isə bunu istəmir. Erməni politoloqları da etiraf edir ki, həm Brüsseldə, həm Strasburqda “Paşinyan bizim övladımızdır” deyirlər. Ona görə də bu cür təxribatlar hələ davam edəcək. Biz belə hallara fiki rverməməliyik. Əsas Paşinyanın fikirləridir. Paşinyan isə Azərbaycanla sülh sazişinin üç şərtinin razılaşdırıldığını deyir. Bunlar ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması, Alma-Atı Bəyannaməsi əsasında sərhədlərin tanınması və kommunikasiyaların açılmasından ibarətdir. Ermənistan Qarabağdakı ermənilərin öz müqəddaratını təyinetmə hüququnun olduğunu iddia edir ki, Azərbaycan da bununla razılaşmır. Azərbaycan Xarici İşlər Naziriliyinin Ermənistana göndərildiyi 5 prinsipdən 3-ü artıq razılaşdırılıb.Ona görə də separatçılar istər “Marriott” oteldə yox, harada istəyirlər toplaşsınlar mənası yoxdur. Şahramanyan nə deyir-desin, heç bir əhəmiyyət daşımır. Azərbaycan artıq üçüncü Zəfər bayramını qeyd etməyə hazırlaşır.Xankəndidə qələbə paradının keçiriləcəyi də istisna olunmur. Belə bir şəraitdə onların kənarda nə etməsinə reaksiya verməməliyik. Hazırda ABŞ-dan dəstək alan Paşinyan Rusiya hərbi bazalarının 2044-cü ildən daha tez Ermənistandan çıxarılmasına çalışır. Bunu isə nə Şahramanyan, nə də Petrosyan həll etmir.Separatçılar sadəcə, yığışıb hay-küy salır və onlar heç nəyi həll edən adamlar deyil. Bu, Ermənistanın daxili işidir və bizi narahat etmir”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta