Bakı. Trend:
Mingəçevir şəhərində yerləşən kafelərin birində aralarında başvermiş mübahisə zamanı üç nəfər kəsici alətlə bir-birinə xəsarətyetirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regionalqrupundan Trend-əbildirilib ki, noyabrın 3-ü saat 19 radələrində Mingəçevirşəhərində yerləşən kafelərin birində aralarında baş vermiş mübahisəzamanı 1992-ci il təvəllüdlü Aslanov Fariz Xaləddin oğlu əvvəlcəkəsici alətlə 1965-ci il təvəllüdlü Çingiz Əliyev və 1986-cı iltəvəllüdlü Ariz Tağıyevə, daha sonra isə Çingiz Əliyev kəsicialətlə Fariz Aslanova xəsarət yetirib. Hər üç şəxs xəstəxanayayerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.