AZ

Mingəçevirdə kafedə dava - Yaralananlar var

 

Mingəçevir şəhərində yerləşən kafelərin birində dava baş verib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, hadisə noyabrın 3-ü saat 19 radələrində olub.

Aralarında baş vermiş mübahisə zamanı 1992-ci il təvəllüdlü Aslanov Fariz Xaləddin oğlu əvvəlcə kəsici alətlə 1965-ci il təvəllüdlü  Çingiz Əliyev və 1986-cı il təvəllüdlü Ariz Tağıyevə, daha sonra isə Çingiz Əliyev kəsici alətlə Fariz Aslanova xəsarət yetirib.

Hər üç şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
192
17
qafqazinfo.az

10Mənbələr