AZ

SON DƏQİQƏ: Kafedə qanlı dava baş verib, YARALILAR var

SON DƏQİQƏ: Kafedə qanlı dava baş verib, YARALILAR var

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Mingəçevir şəhərində yerləşən kafelərin birində dava baş verib.

Hadisə noyabrın 3-ü saat 19 radələrində olub.

Aralarında baş vermiş mübahisə zamanı 1992-ci il təvəllüdlü Fariz Xaləddin oğlu Aslanov əvvəlcə kəsici alətlə 1965-ci il təvəllüdlü Çingiz Əliyev və 1986-cı il təvəllüdlü Ariz Tağıyevə, daha sonra isə Çingiz Əliyev kəsici alətlə Fariz Aslanova xəsarət yetirib.

Hər üç şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
778
17

10Mənbələr