AZ

"Ən azı 1 xal üçün ustalıq səviyyəsi çatmadı" -Xaliq Mərdanov

Misli Premyer Liqasının 5-ci turunda Tovuzda "Sabah"ı qəbul edən "Kəpəz"in məşqçisi Xaliq Mərdanov oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, 2 top fərqi ilə önə çıxsa da, sonradan 3 qol buraxaraq uduzan komandanın oyunundan narazı qalmadığını bildirib:

"Rəqibi təbrik edirik. Komandanı 3 günə hazırlamışıq. Əks-hücumlar üzərində işləmişdik. Məncə, pis alınmadı. Adil müəllimin gördüyü işləri çox dəyişməmişdik. Ruh düşkünlüyü var idi. Motivasiyanı qaldırmağa çalışdıq. Komandadan razıyam. Sadəcə, ən azı 1 xal qazanmaq üçün ustalıq səviyyəsi çatmadı".

Seçilən
83
1
referans.az

10Mənbələr