AZ

"Qarabağ"la qarşılaşacaqlar - Hazırlıq planı məlum oldu

BAKI. 12 iyun. TELEQRAF

“Zirə” PFK-nın yay hazırlıq planı bəlli olub. Komandamız iyunun 14-də çalışmalara start verəcək. Təlim-məşq toplanışının ilk hissəsini Bakıda keçəcək komandamız iyulun 5-nə kimi paytaxtda məskunlaşacaq. “Zirə” bu müddətdə 1 yoxlama oyunu keçirməyi planlaşdırır. Matç iyunun 30-da “Qarabağ”a qarşı keçiriləcək.
Hazırlığın növbəti mərhələsi isə Türkiyədə baş tutacaq. 5-17 iyul tarixlərində qonşu ölkədə olacaq komandamız bu müddətdə 4 yoxlama matçı keçirməyi planlaşdırır. Oyunlar 8, 12 və 16 iyul( iki oyun) tarixlərində baş tutacaq. Rəqiblərin kimliyi barədə məlumat veriləcək.

Seçilən
56
12
teleqraf.com

10Mənbələr