AZ

BMT İsraillə bağlı məcburi hüquqi qüvvəyə malik olmayan qətnamə qəbul edib

BMT Baş Assambleyası (GA) İsrailin beynəlxalq hüquq çərçivəsində üzərinə götürdüyü öhdəliklərə əməl etməsini təmin etmək üçün məsuliyyətə cəlb edilməsinin zəruriliyini vurğulayan İspaniya qətnamə layihəsinə səs verib.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

Qeyd olunub ki, qətnaməni 149 ölkə, o cümlədən Rusiya, Çin, Oman, Səudiyyə Ərəbistanı, Fransa, İsveçrə və Yaponiya dəstəkləyib. Argentina, Macarıstan və ABŞ da daxil olmaqla, 12 ölkə qətnamənin əleyhinə səs verib.

BMT Baş Assambleyasının qətnamələri, Təhlükəsizlik Şurasının sənədlərindən fərqli olaraq, məcburi hüquqi qüvvəyə malik deyil.

Qətnamə BMT-yə üzv dövlətləri İsrailin öz öhdəliklərinə əməl etməsini təmin etmək üçün beynəlxalq hüquq normalarına və BMT Nizamnaməsinə uyğun olaraq fərdi və kollektiv tədbirlər görməyə çağırır. Eyni zamanda İsraildən Qəzzanın blokadasına dərhal son qoyulması, bütün sərhəd-keçid məntəqələrinin açılması və Fələstin mülki əhalisinə yardımın tam şəkildə çatdırılması tələb olunur.

Bundan əlavə, qətnamədə bütün tərəflərdən riayət edilməli olan dərhal, qeyd-şərtsiz və daimi atəşkəs tələb olunur, “HƏMAS” və digər qruplar tərəfindən saxlanılan bütün girovların dərhal, ləyaqətli və qeyd-şərtsiz azad edilməsi tələbi təkrarlanır.

Seçilən
35
36
report.az

10Mənbələr