İsrailin İrana hücumundan sonra İraq hava məkanını bütün uçuşlar üçün bağlayıb.
"Cebheinfo.az"-ın İraqın rəsmi xəbər agentliyi İNA-ya istinadən məlumatına görə, İraq Nəqliyyat Nazirliyi ölkənin hava məkanını bağlayıb və bütün hava limanlarında uçuşları dayandırıb.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri gecədən bəri İrana beş zərbə dalğası endirib.
İsrail ordusu İranın nüvə və hərbi obyektlərinə zərbələr endirib. Yüksək səviyyəli hərbçilər və nüvə alimləri həlak olublar. Xarici KİV-də olan məlumata görə, çox sayda yaralı var.