ain.az, Sherg.az saytına istinadən bildirir.
İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr İsrail sərhədlərindən kənarda İrandan göndərilən pilotsuz təyyarələri vurmağa başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV ölkənin Müdafiə Qüvvələrinə istinadla məlumat yayıb.
“İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri bu gün səhər saatlarında İrandan İsrailə atılan pilotsuz təyyarələri vurmağa başlayıb”, - məlumatda deyilir.
Hərbi mənbələr qeyd edirlər ki, pilotsuz təyyarələr İsrail sərhədlərindən kənarda məhv edilir.
İran PUA-larının İraqın hava məkanında vurulduğu bildirilir.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natantz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə obyektinin məhv edildiyini təsdiqləyib.
if (!$ISMOBILE) : ?>
if ($GETCOUNTRY == 'RU'): ?>
else:?>
endif;?>
include(__DIR__.'/320x100.php');?>
Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, ali dini rəhbərin müşaviri Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid və digər yüksək rütbəli şəxslər, o cümlədən üç nüvə alimi həlak olub.
İran isə bir neçə saat sonra cavab zərbələrinə başlayıb. Tehran İsrail istiqamətində 100-dən çox pilotsuz təyyarə göndərib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.