AZ

Azərbaycan tennisçiləri “Davis Cup”a qələbə ilə başlayıblar

Azərbaycan tennisçiləri Albaniyanın paytaxtı Tiranada təşkil olunan “Davis Cup”a qələbə ilə başlayıblar.

"Report" xəbər verir ki, ölkəmizi bu yarışda Tamerlan Əzizov, Kənan Qasımov və Elvin Həşimov təmsil edir.

Mübarizənin ilk günü idmançılarımız üçün uğurlu olub. Komandamız andorralı idmançılara qalib gəlib. Tamerlan Əzizov rəqibi Erik Servos Noqeri 6-1, 6-3 hesabilə məğlub edib. Kənan Qasımov da Damyen Jelaber ilə qarşılaşmada sevinən tərəf olub: 6-1, 6-0.
Tennisçilərimiz qoşa mübarizədən də qalib ayrılıblar. Tamerlan Əzizov - Kənan Qasımov cütü, Servos Noqer-Damyen Jelaber duetindən üstün olub: 6-2,6-4.

Seçilən
12
8
report.az

10Mənbələr