AZ

Sadələşdirilmiş vergi dövriyyəsinin 2 dəfə artırılması məqsədəuyğun olar – Vüqar Bayramov

Bakı. Trend:

2024-cü ildə sadələşdirilmiş vergi üzrə 373 milyon manatproqnoza qarşı 2,7 faiz daha çox, yəni 382,9 milyon manat vəsaitbüdcəyə daxil olub. Bu, o deməkdir ki, sözügedən mənbə üzrə fiskaldaxilolmalar genişlənib.

Trend xəbərverir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentinbu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Millət vəkilinin sözlərinə görə, bununla yanaşı, artıq 10 ildirki, sadələşdirilmiş vergi dövriyyəsi dəyişdirilmir.

“Belə ki, sonuncu dəfə 2016-cı ilin yanvarın 1-dəsadələşdirilmiş vergi dövriyyəsi 120 min manatdan 200 min manatadəkartırılıb. 2015-ci il ilə müqayisədə Azərbaycan iqtisadiyyatıPrezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlarnəricəsində 54,4 milyard manatdan 126.3 milyard manatadək böyüyüb.Yəni, son 10 ildə Azərbaycanda ÜDM 2.3 dəfə artıb. Bu isə odeməkdir ki, həmin dövrdə sahibkarlıq da inkişaf edib və biznesdövriyyəsi də artıb.

Bu baxımdan, sadələşdirilmiş vergi dövriyyəsininiqtisadiyyatdakı artım tempinə uyğun olaraq 2 dəfə artırılmasıməqsədəuyğun olardı. Bu mikro sahibkarların vergi güzəştlərindəndaha geniş miqyasda faydalanmasına imkan verərdi. Bütövlükdə isə,vergi güzəştlərinin coğrafi və ya sektor kimi kəmiyyətmeyarlarından daha çox istehlak kimi keyfiyyət meyarları iləəlaqələndirilməsinə ehtiyac var”, - deyə deputat qeyd edib.

Seçilən
1
7
az.trend.az

10Mənbələr