AZ

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 23 milyard manatı ötüb

2025-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 23 341,3 milyon manatlıq mal satılıb.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu məbləğin 13 073,4 milyon manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10 267,9 milyon manatı isə qeyri-ərzaq mallarının payına düşüb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,8 faiz artım deməkdir.

Məlumata görə, alıcıların xərclərinin 51,4 faizi ərzaq məhsullarına, 4,6 faizi içkilər və tütün məmulatlarına, 13,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabılara, 6,3 faizi avtomobil benzini və dizel yanacağına, 4,4 faizi elektrik malları və mebellərə, 2,6 faizi əczaçılıq məhsullarına, 1,2 faizi kompüter və telekommunikasiya avadanlıqlarına, 16,5 faizi isə digər qeyri-ərzaq mallarına sərf olunub.

Hesabat dövründə bir nəfər orta hesabla ayda 456,2 manat xərcləyib. Bunun 255,5 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 200,7 manatı isə qeyri-ərzaq malları üçün olub.

Qeyd edək ki, pərakəndə ticarət dövriyyəsinin 99,8 faizi qeyri-dövlət sektorunun payına düşüb. Real artım müəssisələr üzrə 9,1 faiz, bazarlar və yarmarkalar üzrə 3,8 faiz, fərdi sahibkarlar üzrə isə 0,2 faiz təşkil edib.


Seçilən
41
7
fed.az

10Mənbələr