AZ

İranın XİN: ABŞ bu hücuma görə məsuliyyət daşıyır

ABŞ İsrailin müttəfiqi kimi İslam Respublikasına hücumunun nəticələrinə görə məsuliyyət daşıyır.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

O qeyd edib ki, İsrail ABŞ-nin icazəsi və Vaşinqtonla koordinasiya olmadan İrana zərbə endirə bilməzdi.

Qeyd edək ki, iyunun 13-ü gecə saat 3-də İsrail İrana hücuma keçib. İsrail Hərbi Hava Qüvvələri Natanz və Fordoda uranın zənginləşdirilməsi obyektlərinə, Kirmanşah və Xürrəmabaddakı raket bazalarına, həmçinin Tehran, İsfahan, Təbriz və İranın digər iri şəhərlərinə zərbələr endirib.

Hədəflər İran Silahlı Qüvvələrinin və İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərliyi, həmçinin nüvə proqramı üzərində çalışan alimlər olub. İslam Respublikasının mənəvi rəhbərliyinin çoxlu nümayəndələrinin yaşadığı Qum şəhərinə də zərbələr endirilib.

Zərbələr nəticəsində aşağıdakılar həlak olub: İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri, İran İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Səlami, Xatəmül-Ənbiya Hava Hücumundan Müdafiə Qüvvələrinin Mərkəzi Qərargahının komandanı Qulaməli Rəşid və onun oğlu, həmçinin Tehran alimi Mohamed Bageri.

Məlumata görə, Ayətullah Xameneinin əmri ilə admiral Həbibullah Səyyari İran Silahlı Qüvvələri Baş Qərargahının müvəqqəti komandiri təyin edilib. General Vahidi SEPAH-ın komandanı təyin edilib.

ABŞ prezidenti Donald Tramp İsrailin İslam Respublikasına zərbələr endirməsinə baxmayaraq, Vaşinqton və Tehran arasında İranın nüvə proqramı ilə bağlı danışıqların davam edəcəyinə ümid etdiyini bildirib. O, bu barədə "Fox News" jurnalistlərinə müsahibəsində bildirib.

Seçilən
8
50
operativmm.az

10Mənbələr