İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin bəzi nüvə obyektlərində apardığı monitorinqi dayandıra bilər.
Bu barədə İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri İbrahim Əzizi məlumat yayıb.
Qeyd olunur ki, bu obyektlər Qeyri-Silahlanma üzrə Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin zəmanət sazişlərinə daxil olmayan obyektlərdir.
“Zəmanət sazişlərinin çərçivəsindən kənara çıxan bütün monitorinq dayandırılmalıdır”, – deyə Əzizi dövlət televiziyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, komissiya üzvləri İran rəsmilərinə məktub ünvanlayaraq AEBA-nın İslam Respublikasının nüvə obyektlərinə nəzarət imkanlarının məhdudlaşdırılmasının vacibliyini vurğulayıblar.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta