AZ

Lənkəranda baş verən avtoqəzada xəsarət alanların kimliyi məlum oldu - YENİLƏNİB + FOTO

Lənkəran rayonunda baş verən avtomobil qəzasında xəsarət alanların kimliyi məlum olub.
 
Moderator.az "Report"a istinadən xəbər verir ki, Lənkəran rayonunun Kərgəlan kəndi ərazisində baş verən avtoqəzada 2002-ci il təvəllüdlü Dəyanət Məmməd oğlu Balayev, Məhərrəm Qədir oğlu Fərzullayev (1999), İbadət Aydın oğlu Məmmədov (2005), Mehman Kamran oğlu Məmmədzadə (2007) və Murad Fəxri oğlu Babazadə (2007) müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
 
Hazırda onların müalicələri davam edir.
 
17:54
 
Lənkəran rayonunda avtomobillər toqquşub, beş nəfər xəsarət alıb.
 
Moderator.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonunun Kərgəlan kəndi ərazisində qeydə alınıb.
 
Məlumata görə, VAZ-21015 markalı avtomobilin VAZ-2106 markalı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində maşınlarda olan beş nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
 
Onlar üç təcili yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəsarət alanlara ilkin zəruri tibbi yardım göstərilərək müvafiq şöbələrə yerləşdiriliblər.
 
Faktla bağlı araşdırma aparılır.
Seçilən
21
8
moderator.az

10Mənbələr