2025/2026-cı illər mövsümündə Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Sabah”ın yay hazırlıq planı müəyyənləşib.
Arena.az xəbər verir ki, sözügedən komanda iyunun 22-də Avstriyanın Qrats şəhərinə yola düşəcək.
Avstriyada baş tutacaq təlim-məşq toplanışı iyulun 5-nə qədər davam edəcək.
“Bayquşlar” hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirəcəklər. “Sabah” iyunun 29-da “Rapid” (Buxarest, Rumıniya), iyulun 3-də isə “Pakş” (Macarıstan) komandası ilə qarşılaşacaq.
Xatrladaq ki, Masazır klubu Avropa Liqasında ilk oyununu iyulun 10-da Bakıda Sloveniyanın “Çelye” komandasına qarşı keçirəcək.