AZ

Klublararası dünya çempionatı: Mançester Siti Yuventus matçında 7 qol

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ-də keçirilən klublararası dünya çempionatında G qrupunda mübarizə yekunlaşıb.

Oxu.Az xəbər verir ki, son turda qrupun liderləri "Mançester Siti" və "Yuventus" üz-üzə gəliblər. Maraqlı qarşılaşmada "şəhərlilər" 5:2 hesabı ilə "qoca sinyora"nı məğlub ediblər.

Autsayderlərin matçında isə "Əl-Ayn" "Uidad" klubuna qalib gəlməyi bacararaq yarışdakı ilk qələbəsini qazanıb - 2:1.

Beləliklə də, bu nəticələrdən sonra 9 xalla qrupu ilk pillədə başa vuran "Siti" və 6 xala malik "Yuve" turnirin pley-off mərhələsinə adlayıblar. "Əl-Ayn" 3 xalla yarışı qrup 3-cüsü, xala həsrət qalan "Uidad" isə qrup sonuncusu kimi başa vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
50
oxu.az

10Mənbələr