AZ

Deputat: Rusiyada azərbaycanlılara qarşı keçirilən əməliyyat təxribat xarakterlidir

Rusiyada azərbaycanlılara qarşı keçirilən əməliyyat təxribat xarakterlidir.

Bu sözləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

O bildirib ki, Rusiyada azərbaycanlıların öldürülməsi və işgəncəyə məruz qalması iki ölkə arasındakı əlaqələrə böyük təhsir göstərə bilər: "Heç bir hüquqi əsas olmadan, məhkəməsiz insanları saxlayıb, onlara işgəncə edib öldürmək ya bir ölkədə qanunun olmamasından, ya da işgəncəyə məruz qalan insanların xalqına qarşı nifrətdən irəli gəlir. Mən bu hadisələr zamanı öldürülən həmvətənlərimizin ailələrinə başsağlığı verirəm. Məlumata görə, saxlanılan şəxslərlə bağlı məhkəmlər keçiriləcək. Ümid edirəm ki, bu məhkəmələr zamanı hər şey öz həllini tapacaq. Təəssüf ki, bu ölkəmizə və vətəndaşlarımıza qarşı olan ilk mənfi hal deyil. Rusiya tərəfi təyyarə qəzası ilə bağlı Azərbaycana hələ də qane ediləcək cavablar verməyib".

C. Paşazadə əlavə edib ki, Azərbaycan deputatlarının Rusiyaya buraxılmaması, onlara qarşı olunan hörmətsizliklər də iki ölkə arasında münasibətlərə təsir edəcək hadislərdən biri olub: "Azərbaycan dövləti siyasi tərəfdən lazımı addımlar atıb. Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bəyanat yayıb. Bu hadisə dövlət başçımızın diqqətindədir. Azərbaycanlılara qarşı keçirilən əməliyyat təxribat xarakterlidir. Əgər, araşdırılsa, bu təxribatda ermənilərin də əli olduğu məlum olacaq. Ümid edirəm ki, bu məsələ araşdırılacaq və bu həmvətənlərimizə qarşı son təxribat olacaq".

Seçilən
49
50
report.az

10Mənbələr