AZ

“Rusiyada miqrantlara qarşı qəddarlığın səbəbi Ukraynadakı uğursuzluqlarıdır” Xaləddin İbrahimli

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Tanınmış politoloq, professor Xaləddin İbrahimli Rusiyada miqrantlara, xüsusən azərbaycanlılara qarşı artan təzyiqləri və zorakılıqları Ukraynadakı hərbi uğursuzluqlarla əlaqələndirir. 

Onun sözlərinə görə, bu vəziyyət Kremlin daxildə repressiv mərhələyə keçdiyini göstərir və bu proses təkcə miqrantlara deyil, zamanla Rusiyanın öz vətəndaşlarına da yönələcək.

Professor İbrahimlinin fikrincə, Ukraynadakı müharibənin uzanması və Rusiyanın strateji təşəbbüsü itirməsi daxildə siyasi, sosial və etnik gərginliyi artırır. Bu kontekstdə miqrantlar günah keçisi kimi hədəfə alınır, onların üzərində dövlət aparatının gücü nümayiş etdirilir.

“Rusiyada miqrantlara qarşı törədilən vəhşiliklərin əsas səbəbi Ukraynadakı məğlubiyyətdir. Xüsusilə azərbaycanlılara qarşı xüsusi qəddarlığın səbəbləri arasında həm milli kimliyə qarşı fobiyalar, həm də Kremlə qarşı potensial təhlükə hesab olunmaları dayanır. Atəşkəs uzandıqca repressiya mexanizmi rusların özlərinə – yəni bütün xalqa qarşı yönələcək,” – deyə professor bildirir.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
31
azpolitika.info

10Mənbələr