AZ

Bu sürücünün öz qanunları var: Haradan istəyir, oradan dönür VİDEO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Bakıda yol hərəkəti qaydasını pozan sürücü hərəkətə mane olub. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 1-də, paytaxtın Mikayıl Müşfiq küçəsində (avtomobil bazarının qarşısında) qeydə alınıb. Belə ki, yanacaqdoldurma məntəqəsinə daxil olmaq istəyən 77-MB-763 qeydiyyat nişanlı "KIA" markalı avtomobilin sürücüsü sol zolaqdan sağa dönərək arxadan gələn avtomobillərin hərəkətinə mane olub. O, dönmə işığını yandırdığı üçün elə düşünür ki, istədiyi yerdən və istədiyi formada manevri həyata keçirə bilər. Lakin bilmək lazımdır ki, qanun bu cür manevri qadağan edir.

"Yol hərəkəti haqqında" qanunun 42-ci maddəsində qeyd olunub ki, sağa dönmək istəyən sürücü ən sağ zolaqdan manevr etməlidir.

Fərid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
50
avtosfer.az

10Mənbələr