Azərbaycanın yunan-Roma güləşi millisi İtaliyanın Kaorle şəhərində keçiriən U-20 Avropa çempionatında ikinci olub. Güləş Federasiyasından SİA-ya verilən məlumata görə, komanda yarışı 1 qızıl, 3 gümüş, 2 bürünc medalla başa vurub.
129 xal toplayan milli hesabında Avropa ikincisi olub. Yığma çempion olan Gürcüstandan cəmi 6 xal geri qalıb. İlk “3-lük”də yer alan Ukrayna da 129 xal toplayıb. Ancaq medalların əyarına görə, millimiz öndə yer alıb.
Qeyd edək ki, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında Ayxan Cavadov (60 kq) qızıl, Turan Daşdəmirov (55 kq), Tural Əhmədov (63 kq) və Davud Məmmədov (77 kq) gümüş, Fəraim Mustafayevlə (67 kq) Elmin Əliyev (82 kq) isə bürünc medal qazanıb.