AZ

Vladimir Putin və Donald Tramp telefon danışığı aparıblar - YENİLƏNİB

Putin və Tramp bir saata yaxın danışıblar, digər məsələlərlə yanaşı, Ukraynanı da müzakirə ediblər.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Tramp yenidən hərbi əməliyyatların tezliklə dayandırılması məsələsini gündəmə gətirib. Putin qeyd edib ki, münaqişənin siyasi danışıqlar yolu ilə həlli axtarışları davam edir.

Putin Trampa bildirib ki, Rusiya öz qarşısına qoyduğu məqsədlərinə çatacaq və onlardan geri çəkilməyəcək

“Ümumiyyətlə, bu iki lider arasında söhbət, həmişə olduğu kimi, eyni dalğada və səmimi, işgüzar və konkret olub. Prezidentlər, təbii ki, ünsiyyətlərini davam etdirəcəklər. Belə bir razılaşma var”, - Kreml rəsmisi vurğulayıb.

***

19:30

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp hazırda telefon danışığı aparırlar.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Hələ ki, danışıq davam edir", - Kremlin sözçüsü qeyd edib.

Seçilən
14
50
apa.az

10Mənbələr