Gədəbəydə münaqişə zəminində 53 yaşlı kişi döyülüb.
"Unikal"ın məlumatına görə, rayon ərazisində baş verən hadisə zamanı döyülərək müxtəlif bədən xəsarətləri alan 1972-ci il təvəllüdlü rayon sakini Eldar Qasımov əvvəlcə Gədəbəy rayon Mərkəzi Xəstəxanasına aparılıb, daha sonra isə oradan Gəncədə yerləşən tibb müəssisələrindən birinə köçürülüb.
53 yaşlı şəxsə zəruri tibbi yardım göstərilib və hazırda onun durumu kafi olaraq dəyərləndirilir. Əldə olunan ilkin məlumata görə, Eldar Qasımov tanımadığı şəxs tərəfindən döyülüb.
Faktla bağlı araşdırma başlanılıb.
Ehtiram Muradov