RU

Gədəbəydə 53 yaşlı kişi döyüldü

Gədəbəydə münaqişə zəminində  53 yaşlı kişi döyülüb.

"Unikal"ın məlumatına görə, rayon ərazisində  baş verən hadisə zamanı döyülərək müxtəlif bədən xəsarətləri alan 1972-ci il təvəllüdlü rayon sakini  Eldar Qasımov əvvəlcə Gədəbəy rayon Mərkəzi Xəstəxanasına aparılıb, daha sonra isə oradan Gəncədə yerləşən tibb müəssisələrindən birinə köçürülüb.

53 yaşlı şəxsə zəruri  tibbi yardım göstərilib və hazırda onun durumu kafi olaraq dəyərləndirilir. Əldə olunan ilkin məlumata görə, Eldar Qasımov tanımadığı şəxs tərəfindən döyülüb.

Faktla bağlı araşdırma başlanılıb.

Ehtiram Muradov

Избранный
26
20
unikal.az

10Источники